Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
21 Mart , 2020
Salyan rayon MKS-nin Çuxanlı kənd kitabxana filialı kənd məktəbi ilə birlikdə şair Əliağa Kürçaylının doğum gününə həsr olunmuş "Təki sən səslə məni" adlı tədbir keçirmiş,sərgi təşkil etmişdir .Kitabxna müdiri Sura xanım şairin həayatı haqqında məruzə söyləmişdir.
Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. “Sənin gözlərin” adlı ilk şeiri ilə (“Azərbaycan gəncləri”, 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstituduna təhsil almağa göndərirlər, a-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi, “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri (1953-1955) işləyir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), “Azərbaycan gəncləri” qəzeti zredaksiyasında şöbə müdiri (1959-1965), “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, yazıçılar ittifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), “Yazıçı” nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək baş redaktor olmuşdur.
1980-ci il fevralın 11-də vəfat etmişdir.