Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
17 Mart , 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar tənha ahıl, yaşlı insanları əhatə edəcək “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başlayıb.

Mədəniyyət nazirliyi də bu kompaniyaya qoşulmuşdur.

Salyan  rayon Mərkəzi kitabxanası  uzun illər Mədəniyyət sahəsində çalışmış Yasəmən Ağalarovaya qonaq getmiş onlara bayram sovqatı hədiyyə etdilər.

Xalqımızın zəngin milli-mənəvi dəyərlərini, yüksək humanizm prinsiplərinə sadiqliyini əks etdirən Novruz bayramının qədim adətlərindən biri də bayramlaşmaqdır. Bu gözəl adətə uyğun olaraq başladığımız kampaniyanın məqsədi tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını təşviq etməkdir.

Kitabxananın işçiləri  Yasəmən xanımın qonağı oldular.