Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
20 Fevral , 2020

20 fevral 2020 –ci il  tarixində 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə Mərkəzi Kitabxanada  dəyirmi masa keçirildi. Tədbiri Salyan  MKS-nin direktoru S.Əliyeva açdı. O, 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir iştirakçılarına qısa məlumat verdi. Çıxışında qeyd etmdi ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Dilimizə olan qayğıya, diqqətə görə ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Sonra tədbir iştirakçıları müxtəlif  suallar ətrafında fikir mübadiləsi etdilər. 

Tədbirdən sonra “Dilimiz keçmişdən bu günə” adlı video çarx nümayiş olundu.