Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
3 Aprel , 2020

Aprelin 5-dən 20-sinə qədər ölkə ərazisində yalnız işləməyə icazəsi və xüsusi əsası olan şəxslər hərəkət edə biləcəklər.

Nazirlər Kabineti dünyada pandemiya halını almış koronavirusla mübarizə üçün martın 24-dən tətbiq etdiyi karantin qaydalarını bir az sərtləşdirib. Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ə yaxınlaşıb, 5 nəfər bu virusdan vəfat edib.

Yeni qaydalara görə, evlərindən çıxma icazəsi olmayan şəxslər zəruri halda bayıra çıxmalı olsalar, o zaman 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.