Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
10 Mart , 2020

Bunu Cenevrədə keçirilən brifinqdə Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.

O deyib: “Yaxın günlərdə və həftələrdə yoluxma və ölüm hallarının baş verdiyi ölkələrin sayının artacağını gözləyirik. Biz belə qənaətə gəlmişik ki, COVID-19 pandemiya kimi xarakterizə edilə bilər”.

Yeni koronavirus ilk dəfə dekabr ayında Çinin Uxan şəhərində qeydə alınıb. Avropada isə virus ən çox İtaliyada yayılıb. Fransa və Almaniyada da koronovirusun yayılması ilə bağlı vəziyyət mürəkkəbləşib.

Dünya Səhiyyə Təşkilatı epidemiyaya görə yanvarın 30-da “təcili vəziyyət” elan edib.

Təşkilat ən son 2009-cu ildə baş qaldıran “H1N1” virusu üçün “pandemiya” elan edib.