Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
12 Oktyabr , 2019

Salyan rayon Mədəniyyət Mərkəzində yeni "Ruhani" aşıq folklor qrupu yaradılıb. Qrup 14 oktyabr 2019-cu ildə Lənkəran şəhərində keçiriləcək Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsində ilk çıxışını edəcək. Seçim mərhələsində qrup "Salyan gözəlləməsi"ni təqdim edəcək. Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə baş məsləhətçisi Günaydın Əhədova, Mədəniyyət Mərkəzinin rəhbərliyi və nümayəndələri bu münasibətlə "Ruhani" aşıq folklor qrupunun məşqlərinə tamaşa ediblər. Sonda Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov qrup üzvlərinə uğurlar arzulayıb və dəyərli tövsiyələrini verib.

Qeyd edək ki, Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsinə artıq start verilib. Münsiflər heyəti tərəfindən seçiləcək kollektivlər noyabr ayında Bakı şəhərində keçirilməsi planlaşdırılan final mərhələsinə dəvət ediləcəklər.