Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
1 İyun , 2019

Salyan şəhər 2 saylı tam orta məktəbdə “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, məktəbəqədər və məktəb yaşlı uşaqlar iştirak etmişdir. Tədbir iştirakçıları ilk öncə məktəbin həyətində uşaqların əl işlərindən ibarət müxtəlif sərgiyə, balaca idmançıların nümunəvi çıxışlarına, bağça fidanlarının ifasında rəngarəng musiqi nömrələrinə, rəqslərə və səhnəciklərə tamaşa etmişlər.

Tədbirdə məktəblilərin Respublika fənn olimpiadalarının final mərhələsində coğrafiya fənni üzrə qızıl medal qazanmış şəhər 4 saylı tam orta məktəbin IX sinif şagirdi Əflan Bədəlov və riyaziyyat fənni üzrə gümüş medal qazanmış Kürqaraqaşlı kənd tam orta məktəbin XI sinif şagirdi Ramiz Vəliyev rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunmuşdur. Bayram tədbiri uşaqların ifasında hazırlanmış konsert proqramı ilə davam etdirilmişdir.