Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
22 İyun , 2019
22 iyun 2019-cu il tarixində Salyan rayon "Ata oğul" abidəsi önündə Azərbaycanın əməkdar incəsənət xadimi ,Azərbaycanın Xalq şairi,tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Xəlil Rza Ulutürkün anım günü keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Mədəniyyət Nümayəndəliyi və rayon ictimaiyyətinin nümayəndələri şairin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtramla yad etmişlər.