Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
8 Aprel , 2019

Salyan rayon Arbatan kənd kitabxanası kənd məktəbində “Qəhrəmanlıq salnaməsi “adlı tədbir , şeir kompozisiyası keçirtdi.Tədbirdə kitabxanaçı, müəllimlər 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını qəhrəmanlıqla alması, bu döyüşlərin aprel döyüşləri kimi tarixləşməsi haqqında geniş söhbət apardılar.Salyanlı şəhidimiz ,Milli qəhrəmanımız Rəşid Mehdiyevin igidliyindən danışıldı.Məktəblilər şeir kompozisiyası təqdim etdilər.