Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
15 Avqust , 2018
Seyidsadıqlı kənd kitabxana filialı Şəhid Səftər Əlihüseyn oğlu Məmmədovun anım günü münasibətilə şəhidin ailəsi ilə görüş keçirtdi.
Səftər Məmmədov 1995-ci ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub.sgər Səftər Məmmədov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-i isə Səftər Məmmədov doğulduğu Salyan rayonunun Seyidsadıqlı kəndində son mənzilə yola salındı.
Səftər Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Şəhidin ailəsi ilə birlikdə qəbri ziyarət olundu.Allah rəhmət etsin!