Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
4 May , 2018

Artıq neçə ildir ki, ənənəvi olaraq keçirilən kitab bayramları rayonumuzun  həyatını daha da rəngarəng etməklə yanaşı, gənc nəslin mütaliəyə olan marağının, istəyinin artmasında, kitab mədəniyyətimizin formalaşmasında mühüm rol oynamışdır. X Ümumrespublika  Kitab bayramı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuşdur.

4 may tarixində Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Mərkəzi Kitabxanaın parkında X Ümumrespublika Kitab bayramı keçirildi. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib. Kitab bayramında vətəndaşlarla yanaşı, Salyan  rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri, müavinlər,rayon ziyallıları ,şöbə müdirləri sərgi yarmarka ilə tanış oldular. “Kitab bayramı” çərçivəsində müxtəlif viktorinalar, əyləncəli oyunlar, müsabiqələr, imza saatları keçirilmişdir. 

Tədbirin bədii hissəsi Qulu Əsgərov adına  Uşaq Musiqi Məktəbinin nağaraçalanlar qrupunun ifası ilə başladı. Daha sonra Uşaq Musiqi Məktəbinin “Şirinlər" rəqs qrupunun ifasında “Odlar yurdum"  adlı  rəqs kompozisiyası ilə davam etdi. 

Tədbirdə rayon təhsil ocaqlarının, kənd filial kitabxanaların əl işləri  tədim edildi. 

Kitab bayramında Salyan  rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi  geniş sərgi nümayiş etdirib. Tədbirdə “Ümummilli lider Heydər Əliyev”, “Azərbaycan Xalq Cumhuriyyəti”, Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş “Sevilən və düşündürən şəxsiyyət”, “Soyqırımı unutmayaq !, “İmadəddin Nəsimi-600”, “Ana dilim şirindir”, “Azərbaycan doğma ölkəm”, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunan kitabların sərgisi, “Yaxşı kitab sənin dostundur ", İstədiyin kitabı mütailə et!” başlıqlı sərgilərimiz ictimaiyyət tərəfindən maraqla qarşılandı. Bundan başqa, “Azərbaycan Xalq Cumhuriyyəti”, “Salyan  rayonunun Milli Qəhrəmanları” adlı stendlər təqdim olundu. Kitabxanamız tərəfindən tədbirin fidanlarına hədiyyəllər təqdim edildi.

Tədbirdə Mədəniyyət Həmkarlarının  sədri  tərəfindən MKS-nin Kürqaraqaşlı kənd kitabxan filialının müdiri İsayeva Sürəyyaya 65 illik yubleyi münasibəti ilə "Fəxri fərman" və hədiyyə təqdim olundu.