Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
30 Mart , 2018
Bu gün Salyan rayonu 7 saylı Bayraq kitabxana filialı qəsəbə məktəbində Azərbaycanlıların sоyqırımının 100-cü ildönümünə həsr edilən sərgi təşkil etdi,məktəblilərlə söhbət apardı.Kitabxananın müdiri məktəblilərə 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsindən,bu soyqırımın Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü, Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri olması barədə məlumat verdi.Daha sonra Kitabxana müdiri məlumat verdi ki ."Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.Məktəblilər sonda sərgiyə tamaşa etdilər və soyqırım haqqında şeirlər söylədilər.