Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
26 Mart , 2018

Hər il Azərbaycanın paytaxtında və bütün guşələrində xalqımızın sevimli bayramı Novruz qeyd edilir. Bu münasibətlə konsert, festival, yarmarkalar və digər tədbirlər təşkil olunur.

Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə martın 20-dən Fəvvarələr Meydanında bayram yarmarkası açılıb. Yarmarka çərçivəsində ölkənin müxtəlif regionlarından folklor ansamblları, həmçinin tanınmış müğənnilər Bakı sakinləri və şəhərin qonaqları qarşısında çıxış edirlər.
Salyan rayon Mədəniyyət və Turizm nümayəndəliyidə konsert proqramı ilə iştirak etmişdir .

Novruz yarmarkasında ziyarətçilər milli tətbiqi sənət nümunələri, o cümlədən zərgər məmulatları, suvenirlər, geyimlərlə və s. tanış olur, həmçinin milli mətbəximizin ləziz təamlarından dadırlar.