Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
19 Mart , 2018
Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Bu münasibətlə Bakı şəhəri Dənizkənarı Bulvarda tədbir təşkil olunmuşdur. Tədbirdə Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi regionunun adət ən-ənələrini özündə əks etdirən sərgi və Cəngi xalq ansanblı ilə çıxış etmişdir. Sərgidə regionların milli mətbəx nümunələri, əl işləri, regionda yerləşən müəssisələrdə istehsal olunan mallar geniş şəkildə nümayiş olunmuşdur. Sərgi ona tamaşa edən istər yerli istərsədə xarici turistlərdə böyük maraq hissi doğurmuşdur.