Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
16 Mart , 2018

16 mart 2018-ci il tarixində rayonda Bahar bayramı qeyd olundu.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bayram tədbirində çıxış edərək min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə bütün qonaqları və rayon əhalisini təbrik etmiş, hər bir ailəyə ruzi, bərəkət, bol sevinc arzulamışdır. Bayram tonqalı rayon İcra hakimiyyətinin başçısı tərəfindən alovlandırılmışdır.

Tədbirdə Salyan rayon Mədəniyyət və Turizm Nümayəndəliyi fəal iştirak etmişdir.