Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
28 Fevral , 2018
Altı yüz ildir ki, Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adı Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Altı yüz ildir ki, məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü şairlərin şeirlərində,aşıqların sazında tərənnüm edilir. 
Salyan rayon Mərkəzi Kitabxananın təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə İmadəddin Nəsimi yaradıcılığını tərənnüm edən respublika üzrə məktəblilər arasında "Nəsimi poeziyası" adlı bədii qrayət müsaqibəsinin I-ci turuna start verildi.Müsaqibədə iştirak edən, fərqlənən şagirdlər münsiflər heyyəti tərəfindən "Fəxri fərman"la təltif olundu.