Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
26 Fevral , 2018
26 yanvar 2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə regional idarənin rəisi Elçin Hüseynov açaraq 2017-ci ildə görülmüş işlər barədə məlumat vermiş və qarşıda duran vəzifələrdən danışmışdır. Müşavirədə regional idarənin tabe müəssisələrinin rəhbərləri və digər əməkdaşlar iştirak etmişlər. Muşavirə işgüzar şəraitdə keçmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.