Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
29 Dekabr , 2017
31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni 2018-ci  il münasibəti ilə Mədəniyyət və Turizm nümayəndəliyi bayram  tədbiri keçirtdi. Mərkəzi Kitabxanada təşkil olunmuş bayram tədbirini giriş sözü ilə rayon İcra hakimiyyətinin müavini Rəşad Cəbrayılov açaraq ilk öncə hər kəsi bu əlamətdar bayramlar münasibəti ilə ürəkdən təbrik edib.  Qeyd olunub ki,  dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı məhs ulu öndər Heydər Əliyevdir.  1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. İH-nin məsul nümayəndəsi Aqşib Babayevdə çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin rəhbərliyi ilə 2017-ci ildə Salyan rayonunda görülən geniş abadlıq-quruculuq, reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələrin davam olaraq görülən işlər barədə geniş bəhs edib. Qeyd olunub ki, yola saldğımız il rayonumuz üçün olduqca əlamətdar və uğurlu il kimi tarixə qovuşur. Növbəti ildə də bu istiqamətdə tədbirlər uğurla icra olunacaqdır.
Tədbirdə bayram yolkasının ətrafında şaxtababa və qarqızla bərabər Mədəniyyət işçiləri əl-ələ verib şənləndilər.
Tədbir rayonun mədəniyyət və incəsənət  nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.