Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
30 Dekabr , 2017

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Ggünü və Yeni il bayramı hər birimiz üçün sevimli bayramlardandır. Eyni zamanda hər bir Mədəniyyət ocağında xüsusi qeyd olunan bayramlardan biridir. Bu baxımdan dekabrın 28,29,30 tarixlərində Salyan rayon Mədəniyyət və Turizm nümayəndəliyi silsilə tədbirlər təşkil etdi."Yeni il xoş gəlirsən, obama " adlı tədbirlər açıq havada 3 gün davam etdi. Tədbirləri giriş sözü ilə açan Salyan rayon Mədəniyyət və Turizm nümayəndəliyi Günaydın Əhədova   çıxışında bildirdi ki,  dünyada on milyonlarla azərbaycanlı yaşayir. Onlar yalniz Azərbaycan Respublikasinda (Şimali ve Cənubi Azerbaycanda) deyil bütün dünyada - Türkiyədə, Almaniyada, Fransada, Boyuk Britaniyada, Skandinav ölkələrində, ABS-da, Yaxin Şərq ölkələrində və b. yerlərdə yaşayirlar. Rusiyada 2 milyona qədər azərbaycanli yaşayir. Müstəqil Azərbaycan Respublikasinin yaranmasi, azərbaycanlilarin öz mövqeyinin və milli şüurunun artmasina boyuk təkan verdi. Milli dirçəlişə, milli əlaqələrin güclənməsi tələbati daha da artdi. Buna cavab olaraq, 1993-cu ildə Azərbaycan Respublikasi prezidenti Heydər Əliyevin  fərmani ilə 31 dekabr - Dunya Azərbaycanlilarinın Həmrəylik Günü elan edildi. Həmin gün dünyanin bir çox ölkələrində Azərbaycan ictimayəti tərəfindən qeyd olunur. Əsası ölməz liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu bayram hamımız üçün əzizdir.

Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Lətif Zərbəliyev bu bayramın yaranma tarixindən danışdı. Tədbirdən sonra bayram şənliyi keçirildi.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ayramınız mübarək, dostlar! Qoy bütün dünyanın azərbaycanlıları həmrəy olsun! 2018-ci il dünyada sülh və əminamanlıq ili olsun!