Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
2 Sentyabr , 2017

Qurban bayramı - İslam aləmində ən muqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.
Sentyabrın 2-də Qurban bayramı münasibətilə Salyan rayon Mədəniyyət və Turizm nümayədəliyi, Mədəniyyət Həmkarları ilə birlikdə Salyan Rayonlararası Psixiatriya xəstəxanasında bayram konserti təşkil olundu.Tədbirdə xəstəxananın baş həkimi,Mədəniyyət işçiləri öz ürək sözlərini söylədilər.Xəstələrə göstərilən isti münasibət,musiqi töhvəsi onlarda şən əhval ruhiyyə oyatdı.
Əsaslı təmir olunmuş yeni korpusda 115 ruhi xəstəyə xidmət göstərilir.Xəstəxananın 150-dən çox işçisi var.
Allah bütün xəstələrə şəfa versin!