Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
16 Mart , 2017
16 mart 2017-ci il tarixdə Salyan şəhərində xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla tanış olublar. Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunları, pəhləvanların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik etmiş, hər bir ailəyə ruzi, bərəkət, bol sevinc arzulamışdır. Bayram tədbiri rayon mədəniyyət və incəsənət ustalarının, rəqqasların rəngarəng konsert proqramları ilə davam etdirilmişdir