Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
22 Fevral , 2017
22.02.2017-ci il tarixində Salyan rayon Mərkəzi Kitabxanası Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı məktəb-liseyində 26 fevral Xocalı faciəsinin 25-ci il dönümü münasibətilə"Xocalı fəryadı"adlı ədəbi-bədii kompazisiya keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin təşkilatçısı Tamella xanım tədbir iştirakçılarını şəhidlərin ruhlarını bir dəqiqəlik sükutla yad edilməsini vurğuladı.Xocalı facıəsinin dəhşətli anlarnı tərənnüm edən məruzələr söylənildi.Tədbirdə məktəb müəllimi Allahverdi Piriyev,Qələbə qəzetinin müxbiri Əzizağa Məmmədli,tarix müəllimi Sahib Həsənov vəs.iştirak etdilər.
Mərkəzi Kİtabxana əməkdaşları faciəni əks etdirən qisa metrajlı film nümayiş etdi.
Tədbir məktəb şagirdlərinin hazırladığı kompazisiya ilə sona çatdı.