Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
21 Fevral , 2017

Arif Nağıyev Anım günü
Azərbaycan Dövlətinin ərazi bütövlüyü və Müstəqilliyi uğrunda 1994-cu il fevral ayının 21-də Dağlıq Qarabağ uğrunda gedən müharibədə şəhid olmuş Arif Dədəş oğlu Nağıyev il dönümü ilə əlaqədər tədbiri Azərbaycan Dövlət himni ilə açıq elan edildi.
Şəhidin ruhun 1 dəqiqəlik sükutla yad edildi.İlk öncə şəhidin keçdiyi həyat yolu haqqında danışıldı.Tədbiri Salyan rayon Dayıkənd kənd ağsaqqalı olan Mirağa Abbasov şəhid haqqında məruzə ilə davam etdirdi.Anım günündə Salyan rayon Veteranlar Şurasının sədri Vilayət Əsgərov, Azərbaycan Qarabağ müharibə əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin Salyan rayon filiallının sədri Arif Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimov,Arif Nağıyev adına Dayıkənd kənd orta məktəbin müəllim və şagirdləri,Sarvan kənd bələdiyyə sədri Lətifə xanım,şəhidin ailə üzvləri,Mərkəzi Kitabxana işçiləri və s. iştirak etdilər.
1990-cı il 20 Yanvar şəhidləri müstəqil Azərbaycanın tarixində şəhidlik zirvəsinə ilk cığır açdılar.Sonra bu cığırlar Vətənimizin minlərlə oğulları Qarabağ müharibəsində zirvəyə ucaldılar.
Əbədi yazılmır hər insan adı,
Mərdin adı dünya qədər qocadı
Şəhid adı hər bir addan ucadı
Vətənidir Şəhidlərin butası
Şəhidin mübarək,şəhid atası!

1994-cü illin soyuq fevral günündə Arifin ömrü yarımcıq qalsa da, bugün həyat yoldaşı,1 qız,2 oğul övladı,5 nəvəsi ilə ömrü davam edir.Şəhidin həyat yoldaşı Gülnaz xanım və şərəflə şəhidin adını daşıyan balaca Arif Nağıyev tədbir iştirakçılarını ailə üzvləri adından bugünü unutmadıqları,şəhidi yad etdikləri ücün minnətdarlıqlarını bildirdilər.Şəhidin adını daşıyan balaca Arif “Fəxri Diplom” la təltif olundu.
Tədbir Əlövsət Quliyev adına Salyan rayon mədəniyyət mərkəzinin Dayıkənd kənd mədəniyyət evinin işçiləri,Dayıkənd kitabxanaçısı Məhərrəm müəllim,məktəbin müəlliməsi Gülnaz müəllimənin şagirdləri kompozisiyası ilə davam etdi.
Tədbirin sonunda şəhidin məzarını tədbir iştirakçıları ziyarət etdilər.
Başın Sağ olsun Vətən!