Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
20 Fevral , 2017

20.02.2017-ci il tarixdə Mərkəzi Kitabxana Salyan rayon Elxan Ağayev adına Arbatan kənd tam orta məktəbində "Ana dilimiz bizim qürur mənbəyimizdir" başlığı altında tədbir keçirildi.
Tədbiri kitabxananın İnformasiya şöbəsinin müdiri Vəfa Əbilova açaraq ana dilimizin nə qədər dəyərli, nə qədər müqəddəs olması haqqında məruzə etdi. 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur.Ən sadə şəkildə desək:"Dil ünsiyyət vasitəsidir. "O hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır.
Məktəbin müəlliməsi Ülkər Qafarova geniş məruzə söylədi.
"Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağıma görə fəxr edirəm"deyən ümummilli lider H.Əliyevə öz ana dilinə hörmət etdiyinə görə minnətdar olmalıyıq.H.Əliyevin davamçıları olaraq biz hamımız doğma ana dilimizi qorumalı, sevməli və yaşatmalıyıq.