Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
28 Dekabr , 2016
28 dekabr 2016-cı il Salyan rayon Heydər Əliyev Mərkəzində "Yeni il" şənliyi keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətin başçısı Sevindik Hətəmov, icra hakimiyyəti nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açaraq Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova qonaqları salamlamış və yeni il münasibətilə təbrik etmiş, rayon Təhsil şöbəsinin həmkərlar ittifaqının sədri Yaqut Ələsgərova təbrik sözü ilə çıxış etmişdir. Şənlik rayon İncəsənət məktəbinin şagirdlərinin musiqi nömrəsi, mərkəzdə fəaliyyət göstərən ingilis dili dərnəyinin şagirdlərinin şerləri, şəhər 3 saylı məktəbin şagirdlərinin rəqsi, Mədəniyyət mərkəzinin "Muğam ansanbılının" solistləri çıxış etmişlər. İl ərzində mərkəzin tədbirlərində fəallığ göstərən ictimaiyyət nümayəndələrinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu. Tədbir şaxta baba və gənclərin rəqsi ilə davam etmişdir.