Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
16 Yanvar , 2015

Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsindən 25 il keçir. Aradan bu qədər müddət keçməsinə baxmayaraq , 20 Yanvar gecəsində xalqımızın kürəyinə vurulmuş ağır yara hələ də sızlamaqdadı .20 Yanvar "Ümumxalq Hüzn Günü"ilə əlaqədar olaraq Salyan rayon Mərkəzi Kitabxanasında "şəhidlər ölməzdir " adlı adəbi -bədii kompozisiya keçirildi. İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Salyan rayon Mərkəzi Kitabxananın müavini Səidə Əliyeva geniş məruzə etmiş və sözü qonaqlara verdi .
Tədbirdə rayon ziyallısı Nəbi İbrahimov ,rayon veteranlar şürasının sədri Vilayət Əsgərov , Dövlət Kukla teatrının aktyoru Rauf Rəvan , "Qələbə " qəzetinin əməkdaşı Əzizağa Məmmədli , Nizami Gəncəvi adına 2 saylı məktəbin şagirdləri ,Qulu Əsgərov adına Musiqi məktəbinin kollektivi , Mədəniyyət evinin kollektivi , Gənclər və İdman İdarəsi , Mədəniyyət və Turizm şöbəsinin rəisi Cavadov Toğrul və müavini Lətif Zərbəliyev iştirak etdilər .
Allah rəhmət etsin !Amin !