Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Bakı 2015 Avropa Oyunları
3 May , 2015
Salyan şəhərinin giriş qapısında təşkil olunan mərasimdə məşəl estafetinin iştirakçılarını yüzlərlə rayon sakini böyük coşqu ilə qarşılayıb. Birinci Avropa Oyunlarının rəmzi qapısında kikboksinq üzrə məşqçi Rahil İsgəndərov Olimpiya məşəlini qəbul etdikdən sonra yürüşə start verilib. Məşəli növbə ilə bir-birinə ötürən on məşəlçi birinci Avropa Oyunlarının rəmzi qapısından başlayaraq 3,2 kilometr məsafə qət ediblər. Salyan şəhərinin Heydər Əliyev, Xəlil Rza, Yusif Qasımov, Aslan Hüseynov, Səməd Vurğun, Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Təbriz Xəlilbəyli küçələri ilə hərəkət edən idmançılar məşəli Heydər Əliyev parkına gətiriblər.
Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə alqışlayıblar. Gənclər arasında boks üzrə avropa cempionu Cavid Quliyev səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.
Salyan şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Zərxanım Ağabəyova yandırdığı ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanması üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi. Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi. Daha sonra isə Azərbaycanın tanınmış incəsənət ustaları ilə konsert təşkil olunmuşdur.