Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
26 İyun , 2014

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən “Sağlam cəmiyyətə doğru” layihəsinin icrası ilə əlaqədar olaraq Salyan rayon Mərkəzi Kitabxanasında  “ narkotiklərsiz sağlam həyata qlobal yanaşma” və “ Norkamanlıqla mübarizədə gənclərin rolu ” mövzusunda konfrans keçirildi.

Konfransda mövzu ətrafında edilən çıxışlarda narkomaniya əleyhinə maarifləndirmənin güclənməsinə yardım edən bu kimi layihələrin bundan sonra da keçirilməsinin zərurililiyi diqqətə çatdırılmaqla, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin, hər bir vətəndaşın səfərbər olmasını, həmçinin QHT-in fəaliyyətini gücləndirməklə proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi xüsusi olaraq vurğulandı. 

Ofisin İşçi Qrupu tərəfindən gənclərin, bütövlükdə cəmiyyətin bu istiqamətdə maariflənməsini daha da gücləndirəcək metodoloji vəsaitlərin (bukletlər, döş nişanları, təqvimlər, papaq və köynəklər,breloklar, qovluq və bloknotlar) iştirakçılara paylanması prosesi həyata keçirilib. 

Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılmış və fərqlənmiş gənclərə sertifikatlar paylanıb.

                  SAM 1356 SAM 1360 SAM 1366 

                  SAM 1368 SAM 1384 SAM 1390