Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
23 May , 2014

Salyan rayonunda Avrasiya Beynalxalq araşdırmalar ictimaiyyət birliyinin TİKA nin və Salyan rayon İcra Hakimiyyətinin dəstəyi ilə görkəmli fikir adamı Əlibəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdən öncə qonaqlar erməni daşnaqlarına qarşı döyüşlərdə şəhid olmuş türk zabit və əsgərlərinin məzarlarını ziyarət etmiş, istiqlal şairi Xəlil Rza Ulutürkün abidəsini, Görkəmli alim Əlibəy Hüseynzadənin və Ümummilli lider Heydər Əliyein abidələrini ziyarət etmiş və önünə gül-çiçək dəstələri düzmüşlər. Çıxışlara başlamamışdan qabaq Türkiyə respublikasının Soma vilayətində başvermiş fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqə sükutla yad edilmişdir. Tədbirdə Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayram, Prof. Dr. Yavuz Akpınar, Prof. Dr. Sebahattin Şimşir, Prof. Dr. Kazım Yetiş, Araşdırmacı alim Azər Turan, və Millət vəkili Qənirə Paşayeva çıxış etmişlər.Tədbirin sonunda Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov Muğan – Babazanlı  abidələrinin 2800 illiyi ilə əlaqədar xatirə hədiyyəsini qonaqlara təqdim etmişdir.


               DSC 001513 DSC 001513 DSC 002916 
               DSC 003010 DSC 002916 DSC 003411 
               DSC 00716 DSC 01156 DSC 01208 
               DSC 01348 DSC 01436 DSC 01665 
               DSC 01982 DSC 02481 DSC 02491 
               DSC 0258 DSC 0272 DSC 02953 
               DSC 02991 DSC 03051 DSC 0320