Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Haqqımızda
13 İyun , 2014

Şöbə müdiri:Əbilova Vəfa Ədalət qızı

Proqramçı:Səlimov Əbülfəz Şəmsəddin  oğlu

Kitabxanamızda  yeni yaradılan bu şöbə kitabxananın Veb- saytının idarə olunması (veb-saytın operativ yeniləşməsi, əlavə və dəyişiklərin  edilməsi, domen və hostinqin fəliyyətinə nəzarət), şəbəkənin antivirus proqramının, habelə lokal və İnternet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin həyata keçirdiyi “Kataloqlaşdırma” modulunun bazasından isifadə edərək elektron resusların bazalarının  yaradılmasını həyata keçirir. Kitabxanaya müraciət edən hər bir oxucu bu şöbədən  istifadə etmək hüququna malikdir. Kitabxanaya müraciət edən oxucu istədiyi mövzunu əldə edə bilmədikdə İnformasiya Resurs Şöbəsinə  müraciət edir. Hazırda şöbə fasiləsiz internetlə təmin olunmuş, oxucuların istifadəsinə verilmişdir. Şöbənin əsas vəzifəsi informasiyalı cəmiyyətdə istifadəçilərin informasiyaya olan təlabatını ödəmək və işimizi günün tələbləri səviyyəsində qurmaqdır. 

Xidmətləri: 

Kitabxanada olmayan kitabların müasir texnologiyaların istifadə edilməsi ilə oxucuya çatdırılması

Mətinlərin tərcümə olunması

Referat və Kurs işlərinin yazılması

Digər kompüter  və internet xidmətləri