Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Haqqımızda
13 İyun , 2014

Zalın müdiri: Qaçayeva Sevinc Cahangir qızı

Zal Mərkəzi Kitabxananın II mərtəbəsində yerləşir.Zalda dövrü mətbuatlar, sistemli kataloq, müxtəlif lüğətlər, ensiklopediyalar, məlumat nəşrləri, dərsliklər və müxtəlif ədəbiyyat növləri yerləşir.Bunlar həm Azərbaycan,həm də Rus dilindədir. Ədəbiyyatlar fəlsəfə, tarix, hüquq, tibb, texnikanı  əhatə edir.

Zalda yazıçı və şairlərə məxsus sərgilər, zala daxil olan yeni nəşrlər açıq rəflərdə nümayiş etdirilir.Eyni zamanda 80 oxucu zaldan istifadə etmək hüququna malikdir.

Oxu zalına daxil olan dövrü mətbuat 5 illik jurnal, zalın arxivində saxlanılır. Oxu zalından ali məktəb tələbələri, rayon ziyalıları və digər oxucu qrupları istifadə edir. Zalda yerli yazarlardan ibarət "Ədəbiyyat dərnəyi" fəaliyyət göstərir.Bununla yanaşı yazıçı və şairlərin yaradıcılıq gecələri, elmi praktiki konfranslar,kitab təqdimatları keçirilir.

Statistik göstəricilər: Ümumi kitab fondu –  8019

Latın əlifbası ilə - 2000

Kril əlifbası ilə - 1999

Rus dilində - 4020

3 adda jurnal, 9 adda qəzet alınır.

İl ərzində oxucu - 2673