Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Haqqımızda
13 İyun , 2014

 Salyanda ilk ictimai qiraətxana 1903- cu ildə, xalq müəllimlərindən Mirzə Əziz Babazadə və Mirzə Yaqub Ələkbər oğlu Əlizadənin təşəbbüsü və zəhməti ilə yaradılmışdır.

Əslində ilk qiraətxananın yaradılmasına 1880-ci ildə Salyanda təhsil müəssisəsinin yaradılmasına təsadüf edir. Salyan məktəbinin təsisi xalq təhsili ilə bərabər mədəni-maarif işlərinin də inkişafına xeyli təsir etdi. Bu məktəbin açılması ilə Salyanda ilk dəfə ictimai kitabxana yaradıldı. Belə ki, məktəbin açılması mərasimi münasibətilə oraya toplaşanlar "məktəb ictimaiyyət kitabxanası" adlı bir kitabxana təşkil etməyi qərara aldılar və bu məqsədlə könüllü olaraq pul topladılar. Qısa müddət ərzində 342 man. 40 qəp. toplandı. Beləliklə, ictimaiyyətin köməyilə 1881-ci il oktyabrın 1-də Salyan normal məktəbi nəzdində ilk məktəb-ictimaiyyət kitabxanası açıldı.Lakin camaatdan toplanan kitab və dövrü mətbuat məktəb şagirdlərinin təlabatını qismən ödəyirdi. Burada toplanılan təcrübə müstəqil ictimai qiraətxananın açılmasında mühüm rol oynadı.1903-cu ildə ilk ictimai qiraətxananın təşkil olunmasını bütün tərəqqipərvər adamlar sevinclə qarşıladılar.Çünki xalqı qəflət yuxusundan oyatmaq, maarifləndirmək lazım idi. Qiraətxana üçün ilk bina "Muğan" mehmanxanası ilə yanaşı olan köhnə dükanlardan biri kirayə edilib.Hazırda həmin yerdə yerləşən şəhid adını daşıyan bağ yerləşir. Qiraətxanaya 420 manat 60 qəpik məbləğində kitab və dövrü mətbuat bağışlanmışdı.Qiraətxanadan istifadə üçün oxu haqqı da müəyyən edilmişdi.Oxu haqqı və ianə vasitəsi ilə toplanan pul fondun zənginləşməsinə xərclənirdi.

Bura Salyanda qabaqcıl ideyaların təbliği mərkəzinə çevrilir.Inqilabi ruhlu əsərlərin müzakirəsi keçirilərkən M.Ə. Babazadənin və M.Y.Əlizadənin şagirdləri keşikdə dayanırdılar.

Sonradan bu ictimai qiraətxana hər il kitab fondu ilə zənginləşdi və nəhayət kütləvi kitabxanaya çevrildi. Kitabxanaların müxtlif idarələrə məxsus olması, onların fondlarının əlaqəli şəkildə komplektləşdirilməsi kitabdan daha geniş istifadə etmək məqsədilə Respublikada gedən mərkəzləşmə zamanı 1975-ci ildə Salyan Rayon Kitabxanası da Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrildi. 1978 –ci il kollektiv üçün uğurlu oldu. Kitabxana nümunəvi xüsusi layihə əsasında istifadəyə verilmiş yeni yaraşıqlı binaya köçdü.

1996-cı ildə Azərbaycan hökuməti "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qəbul etmişdir.1999-cu ildə "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.Bu qanunlara uyğun olaraq Nizami Gəncəvi adına Mərkəzi Kitabxana yenidən, yüksək səviyyədə,günün tələbinə uyğun şəkildə təmir olundu və yeni avadanlıqlarla təmin olundu.

Kitabxana Bugün

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında "2004-cu il 27 dekabr tarixli sərəncamına əsasən fondumuza 12395 nüsxə kitab daxil edilmişdir.Bu da yeni nəslin inkişafına yüksək təsir göstərir.

Hal-hazırda Nizami Gəncəvi adına Salyan rayon Mərkəzi Kitabxana özündə 54 filialı birləşdirir.Onlardan:

1 Uşaq kitabxanası
1 Gənclər kitabxanası
47 Kənd kitabxana filialları
5 Şəhər kitabxanası

MKS öz işlərini günün tələblərinə uyğun qurur.Hal- hazırda oxu zalında eyni vaxtda 80 nəfər oxucu mütaliə ilə məşğul ola bilər.Fond tutumu 50 min nüsxə olan xidmət söbəsindən istək və marağımıza uyğun ədəbiyyatı almaq mümkündür.
2009-cu ildə Nizami Gəncəvi adına Mərkəzi Kitabxanada Elektron Kitabxananın yaradılması üçün 11 kompüter və digər avadanlıqlar alınmışdır.

Kitabxananın əsas məqsədi oxucuların milli zəmində və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasıdır.Böyüməkdə olan gənc nəslin əqli və ictimai inkişafında zahiri deyil, daxili gözəlliyini, mədəniyyətə, vətənə sevgi, əməyə, zəhmətə qadir olmagı, elmin bütün sahələrindən baş çıxarmağı bacara biləcək bir nəsil yetişdirmək, tərbiyə etməkdən ibarətdir.

MKS üzrə Statistik Məlumat

( 2012-ci ilin göstəricilərinə əsasən) 

İşçilərin ümumi sayı - 103

Ali təhsilli - 21 nəfər

Orta ixtisas təhsilli - 32 nəfər  

Orta təhsilli - 50 nəfər

 

Mərkəzi kitabxana üzrə işçilərin sayı - 38 nəfər

Ali təhsilli -12 nəfər

Orta ixtisas təhsilli-12 nəfər

Orta təhsilli- 14 nəfər

Cəmi oxucular - 46.625

Mərkəzi kitabxana üzrə -8.204

 

Ümumi fond - 506.053  nüsxə

Kitabxanaya daxil olan kitablar - 987 nusxə

Kitabxanadan silinən kitablar - 13.757 nusxə

Onlardan: Mərkəzi kitabxana üzrə fond - 76.386 nusxə

Kitab verilişi MKS üzrə - 1.013100

Mərkəzi Kitabxana üzrə - 141.104

MKS üzrə oxucu gəlişi - 932.518