Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
7 May , 2015

 Heydər Əliyev Mərkəzində 07 may 2015-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 ci ildönümü münasibətilə Salyan rayon İcra hakimiyyətinin və YAP rayon təşkilatının birgə hazırladığı “Sən elə bir zirvəsən” adlı elmi-praktik konfrans keçirilmişdir.

        Tədbir iştirakçıları öncə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə gül - çiçək dəstələri qoymuşlar. Daha sonra Heydər Əliyev mərkəzində hazırlanmış kompozisiyalarla tanış olmuşlar. Tədbir mərkəzin iclas zalında davam etdirilmişdir. 
       Giriş sözü ilə çıxış edən rayon icra hakimiyyətin başçısı Tahir Kərimov Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Daha sonra Salyan rayon prokuroru Firdovsi Nemətli, Peyk kənd tam orta məktəbin müəllimi Vüsalə Hüseynova, Salyan rayon məhkəməsinin sədri Xəqani Tağıyev, Arbatan bələdiyyəsinin üzvü Asudə Kərimova,  Azərbaycan Müəllimlər İnstitutu Salyan flialının tələbəsi Aybəniz Hüseynova və Prezident Administrasiyasının məsul işçisi Bəhruz Həsənov çıxış etmişlər.
        Tədbirdə YAP sıralarına daxil olan üzvlərə partiya biletləri təqdim edilmiş, Ulu Öndərin anadan olmasının 92 ci ildönümünə həsr edilmiş rayonun təhsil müəssisələrinin hazırladığı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinı yüksək səviyyədə səhnələşdirərək nümayiş etdirdikləri üçün AMİ-nin Salyan flialı, şəhər 4, 6, 7, İnternat, Yuxarı Noxudlu və Qardili kənd tam orta məktəbləri rayon İcra hakimiyyəti başçısının fəxri-fərmanı ilə təltif olunmuşlar.
        Sonda rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov yekun nitqi söyləmişdir.