Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
28 İyul , 2022
Salyan rayon Mədəniyyət Mərkəzində "Media və kommunikasiya: sosial şəbəkələr" mövzusunda təlim keçirilib. Təlimdə rayonun bütün mədəniyyət müəssisələri üzrə sosial şəbəkələri idarə edən nümayəndələr iştirak edib. Təlimi açıq elan edən Biləsuvar RMİ-nin baş məsləhətçisi, Salyan rayon üzrə nümayəndə Şamxal Əhmədov bildirib ki, bu gün sosial şəbəkələrdə aktivlik əsas istiqamətlərdəndir. O, həmçinin vurğulayıb ki, keçirilən tədbirlər məhz bu səbəbdən daha canlı və yaradıcı olmalıdır. Sonra Salyan rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi, bədii rəhbər Kürçaylı Məmmədov "Media və kommunikasiya: sosial şəbəkələr" mövzusunda təlim keçib. Diskussiya formatında keçən təlimdə əyani vəsaitlərdən istifadə olunub, sosial şəbəkə paylaşımlarında nöqsanlar barədə söhbət açılıb. Sonda təlimçilərin irad və təklifləri dinlənilib.