Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
31 Mart , 2022
31 mart 2022-ci il tarixində Salyan rayonunda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri , Salyan rayon Mərkəzi Kitabxananın kollektivi ,filialları və gənclər, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri , Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin kollektivi və rayon ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları “31 Mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, həmvətənlərimizin soyqırımının qarşısının alınmasında erməni işğalçıları ilə vuruşaraq qəhrəmancasına həlak olmuş türk əsgər və zabitlərinin şəhər qəbristanlığındakı məzarlarını ziyarət etmiş, məzarları önünə gül dəstələri düzmüş, ruhlarına dualar oxumuşlar.