Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
23 Fevral , 2021
Yuxarı Noxudlu kənd kitabxana filialı "VƏTƏN Müharibəsi "zamanı qəhrəmanlıq göstərmiş, hazırda xidmətini davam etdirən Məlikov Ülvinin ailəsini ziyarət etmişdir.
Qeyd edim ki Məlikov Ülvi 29 sentyabr Talış-Madaqiz istiqamətində gedən döyüşlərdə minomyot atəşindən yaralanıb.Yanında iki əsgər yoldaşı və rəisləri pokovnik-leytenant Elzamin Təhməzov şəhid olublar.Yaralı vəziyyətdə şəhid olmuş əsgər yoldaşı İqbal Astanlını döyüşdən çıxarda bilib.Yaralı ola ola döyüşü davam edib. Səhəri gün Şəmkir hərbi hospitalında əməliyyat edilib və ayağında ki qəlpələr çıxardılıb.Hospitalda qısa müddət müalicə aldıqdan sonra yenidən Ordu sıralarına qatılıb.7 postların,Suqovuşanın alınmasında kəşfiyyat bölüyünün tərkibində iştirak edib . Qəhrəmanımız Dəniz Akademiyasının məzunudur.Allah qorusun.