Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
22 Yanvar , 2021
Bu gün II Qarabağ müharibəsində şəhid olan Əzizov Sübhan Məmməd oğlunun doğum günüdür. Bu münasibətlə Salyan Rayon Mərkəzləşdirilmiş kitabxana Sisteminin direktoru Səidə Əliyeva, rayon Peşə Lisseyin direktoru Razigül Dadaşova ,MİHİ Salyan RK-nin sədri Vəfa Məmmədova , rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Byramova və Mədəniyyət Mərkəzinin Dayıkənd kənd Mədəniyyət Evinin əməkdaşları şəhidin ailəsində olmuşlar.
Anım tədbirində şəhidin ailə üzvləri, qohumları, döyüş yoldaşları və məktəb dostları iştirak ediblər.
Şəhidin qardaşı İsmayıl Əzizov Sübhanın keçdiyi döyüş yolundan söhbət açdı və bildirdiki şəhidlərimiz gələcək nəsillər üçün örnəkdir. II Qarabağ müharibəsində Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi.
"Yaşasaydı, bu gün 22 yaşını qeyd edəcəkdi" - deyən şəhidin yaxınları məlumat veriblər ki, kənd sakinləri, müəllimlər və nümayəndəlik əməkdaşları şəhidin hələ də yol gözləyən Firuzə ananı evində ziyarət edirlər.
Əzizov Sübhan Məmməd oğlu 1999-cu ildə 17 Ynavar tarixində Salyan rayon Dayıkənd kəndində anadan olmuşdur. 2004 -cü ildə SAlyan rayon şəhid Arif Nağıyev adına Dayikənd kənd tam orta məktəbinin 1 ci sinifinə daxil olmuş ,həmin məktəbi 2015-ci ildə başa vurub Hərbi Xidmətə yollanmışdır.
Hərbi Xidmətinə layiqincə başa vuran Sübhan arzuladığı Bakı Dəmiryol Kollecinə daxil olur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan II-ci Vətən müharibəsində könüllü olaraq Füzuli, Qubadlı,Zəngilan və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşaraq düşmən tərəfinə xeyli itkilər verməklə nəticələnən ağır zərbələr endirmiş , 2020-ci ilin 7 Noyabr tarixində qəhrəmancasına həlak olmuşdur. Yaşasaydı bu gün 22 yaşını qeyd edəcəkdi.Ruhu şad olsun !
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əzizov Sübhan (ölümündən sonra) “Cəsur Döyüşçü" medalı və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah cümlə şəhidlərimizn ruhun şad etsin.